Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda müasir poçt xidmətlərinin göstərilməsi üçün bütün şərait yaradılır


"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın poçt sahəsi üzrə icrası "Azərpoçt" MMC tərəfindən yüksək səviyyədə icra olunur.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə müəssisənin baş direktor müavini Sübhan Kazımov məlumat verib. Onun sözlərinə görə, proqrama uyğun olaraq Bakı şəhərində 7 ədəd poçt şöbə (PŞ) binalarında tikinti işləri başa çatdırılıb və əhaliyə poçt xidmətləri göstərilir.

Bu il ərzində Bakı şəhərində 2 saylı Poçt Filialının inzibati və 3 ədəd qəsəbə tipli poçt şöbəsi binalarının tikintisi işləri ilə əlaqədar tender keçirilib. Hazırda 3 ədəd inzibati binanın, 3 ədəd PŞ binasının əsaslı təmiri və 6 ədəd  PŞ binasının tikintisi işləri aparılır.Qeyd edək ki, "Azərpoçt" MMC-nin poçt şöbələrinin sayı 1600-ə yaxındır.



RƏVAN





18/07/12    Çap et