Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” qlobal mütəşəkkil cinayətkarlıqla mübarizəyə yeni texnologiyalarla kömək edəcək


"Google"-un hazırladığı xüsusi texnologiya beynəlxalq hüquq-mühafizə orqanlarına mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaqda yardımçı olacaq. Bu barədə mütəşəkkil cinayətkarlıqla  mübarizəyə həsr edilmiş konfransda şirkətin icraçı direktoru Erik Şmidt bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, şirkətin "Android"  əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün hazırladığı tətbiq artıq sərhəddən keçirilən məhsulu skan etməyə və xüsusi kod vasitəsilə onun qanuni olub-olmadığını müəyyən etməyə imkan verir. İnterpolun xahişi ilə tətbiqin digər qurğular üçün versiyasının hazırlanması da planlaşdırılır.







EMİL





18/07/12    Çap et