“Sahibkarlıq və elektron xidmətlər” mövzusunda
İqtisadi İnkişaf Nazirliyinin (İİN), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) birgə təşkilatçılığı ilə Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Quba şəhər və rayonlarında “Sahibkarlıq və elektron xidmətlər” mövzusunda silsilə tədbirlər keçirilib.
Tədbirlərdə sahibkarlığın inkişafı, onların məsləhət və informasiya təminatının gücləndirilməsi, sahibkarlar üçün yaradılan müxtəlif elektron resurslar (
http://www.icazeler.gov.az/,
http://www.yoxlama.gov.az/,
http://www.biznesinfo.az)/ haqqında ətraflı məlumat verilib.
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, nazirlik tərəfindən göstərilən elektron xidmətlərdən ətraflı söhbət açıb.
Tədbirdə icazələrin elektron informasiya portalı (
http://www.icazeler.gov.az)/ barədə də məlumat verilmiş, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
BMK-nın “İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (
http://www.yoxlama.gov.az)/, “Minimax” şirkətinin nümayəndəsi Cavid Xəlilov
http://www.biznesinfo.az/ internet portalının sahibkarlar üçün yaratdığı imkanlar, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi, ASK-nın şöbə müdiri Emil Süleymanov qurum tərəfindən sahibkarlara göstərilən xidmətlərlə bağlı təqdimatlarla çıxış ediblər.