Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Diablo 3” oyunu Tayvanlı gəncin ölümünə səbəb olub


“Diablo 3” oyununa sevgi 18 yaşlı Tayvanlı gəncin ölümünə səbəb olub. Çanq adlı gənc ötən cümə günündən bazar gününədək  “Diablo 3” oyunundan 1 dəqiqə belə ayrılmayıb.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, internet-kafenin əməkdaşı bazar günü oğlanı stolda  yatmış vəziyyətdə görüb.

Çanqı oyatdıqda o, bir neçə addım atdıqdan sonra özündən gedib. Həkimlər oğlana kömək edə bilməyiblər və ölümün səbəbi həddindən artıq yorulma kimi qeyd edilib. Çanq “Diablo 3” oyunu arxasında fasiləsiz olaraq təxminən 40 saat keçirmşdi.“Blizzard”-ın əməkdaşları artıq Çanqın qohumlarına və dostlarına başsağlığı veriblər.





EMİL





19/07/12    Çap et