Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8”-in aparat tələbləri “Windows 7”-dən aşağı olacaq


“Microsoft” şirkətinin “Windows” bölməsinin vitse-prezidenti Tami Reller “Worldwide Partner Conference 2011” (konfransında bildirib ki, yeni əməliyyat sisteminin aparat tələbləri “Windows 7”-də olduğu kimi, hətta ondan da aşağı olacaq.
“Microsoft”un məlumatına görə, “Windows 7” minimum 1 Qb əməli yaddaş, 1 QHz-dən yuxarı takt tezlikli x86-uyğun prosessorlu kompyuterlərdə işləyə bilər. Eyni zamanda daşıyıcıda 16 Qb boş yer və “DirectX 9” dəstəkli qrafik sürətləndirici olmalıdır.
“Windows 8” əməliyyat sisteminin beta versiyası, növbəti ilin yanvarında çıxacaq. Ehtimal edilir ki, əməliyyat sisteminin final buraxılışı, 2012-ci ilin birinci yarısında çıxa bilər.




14/07/11    Çap et