Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda avtomatlaşdırılmış nağd pul mərkəzi yaradılır


Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması və avtomatlaşdırılmış nağd pul mərkəzinin yaradılması üzrə fəaliyyət davam etdirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci ilin I yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş  iclasında məlumat verilib.

Həmçinin bildirilib ki, MB valyuta ehtiyatlarının idarə olunması, ödəniş sistemlərinin elektron hökumət konsepsiyası çərçivəsində daha da inkişaf etməsi, nağd pul dövriyyəsinin təşkili, idarə olunması və optimallaşması, mühüm qanunvericilik təşəbbüslərinin reallaşması istiqamətində bütün taktiki və strateji hədəfləri yerinə yetirib.

Dünya maliyyə bazarlarında mövcud olan qeyri-stabilliyə baxmayaraq, valyuta ehtiyatlarının təhlükəsiz və optimal idarə olunması təmin edilib, nağdsız ödənişlərin həcminin artması meyilləri davam edib və dövriyyədə olan kartların sayı 4%, posterminalların sayı isə 1,7 dəfə artıb. Nağdsız ödənişlərin miqyasının stimullaşdırılması məqsədilə aidiyyatı qurumlar ilə birgə fəaliyyət davam etdirilib.

CAHANGİR





19/07/12    Çap et