Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube“ anonimliyi qorumaq üçün üzləri qaraltmağa imkan yaradıb


“YouTube” çarxlarda insanların üzlərinin avtomatik qaraldılması üçün yeni alət təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, əgər siz aktivistlərin üzlərini göstərmədən etirazın vacib kadrlarını bölüşmək istəyirsinizsə, bizim üzün qaraldılması texnologiyası “YouTube”-da anonimliyin qorunmasına doğru atılmış ilk addımdır" - xidmətin rəsmi bloqunda bildirilib.

İstifadəçi üzləri gizlətmək üçün videonun yüklənməsindən sonra "Videonu təkmilləşdir" (Enhancements) bölməsini açmalı və təklif edilən "Əlavə funksiyalar" (Additional Features) siyahısında "Bütün üzləri qaralt” punktunu seçməlidir.

“YouTube” hazırda texnologiyanın qeyri-mükəmməl olması ilə bağlı xəbərdarlıq edib; bəzi üzlər qaraldılmaya bilər. Lakin istifadəçi videonu yerləşdirməzdən əvvəl ona baxa bilər.



EMİL





19/07/12    Çap et