QMKDK-nin göstərdiyi 3 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKDK) “Elektron hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub.
“ICTnews” elektron xəbər xidmətinin “
www.ehdis.az”a istinadən verdiyi məlumata görə, komitə tərəfindən göstərilən 3 elektron xidmət portala inteqrasiya olunub.
Bu, kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması, məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması e-xidmətlərini əhatə edir.
Xatırladaq ki, dövlət orqanlarının informasiya resursları arasında mübadilənin və şəbəkələrin qarşılıqlı fəaliyyətinin təşkili, dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə nazirlik və komitələr daxil olmaqla, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara müraciət edə bilməsinə imkan verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 3.2 və 3.3-cü bəndlərinin icrası ilə əlaqədar olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən dövlət orqanlarının “Elektron hökumət”in Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulması prosesi həyata keçirilir.
CAHANGİR