Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da sürətli elmi şəbəkə yaradılacaq


Berklidə Lourens adına milli laboratoriya (Berkeley Lab) ABŞ Energetika Nazirliyi (DOE) üçün elmi məlumatların mübadiləsi üçün təyin edilmiş yeni yüksəksürətli şəbəkə açmaq niyyətindədir.
Şəbəkənin hazırlanmasında “ESnet” (Energy Sciences Network) və “İnternet2” (qabaqcıl şəbəkə proqramları və texnologiyaları yaradan 230 Amerika universitetindən qeyri-kommersiya konsorsiumu) layihəsinin mütəxəssisləri iştirak edəcəklər.
Yeni şəbəkənin məlumatı ötürmə sürətinin 100 Qbit/s-yə çatacağı gözlənilir. Müqayisə üçün bildirək ki, 2010-cu ildə İnternetə giriş üçün ayrılmış xətlər üzrə məlumatların ötürülməsinin orta sürəti 7 Mbit/s təşkil edib. Onilliyin ortalarında ötürmə sürətinin 4 dəfə artmağı – 28 Mbit/s təşkil edəcəyi gözlənilir.




14/07/11    Çap et