Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” “Samsung”-u reklam etməli olacaq
Britaniyalı hakim Kolin Birs “Apple” şirkətinin üzərinə “apple.co.uk” saytında və yerli mətbuatda “Galaxy Tab” planşetinin “iPad”-ın görünüşünü kopyalamadığı haqqında elan yerləşdirmək öhdəçiliyi qoyub.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qərar London məhkəməsində çıxarılıb.
“Galaxy Tab” planşeti haqqında xəbər “Apple”-ın saytında 6 ay ərzində qalmalıdır. “Apple” şirkətinin elanı dərc edəcəyi qəzet və jurnalların adları hələ ki dəqiqləşdirilməyib.
“Apple” şirkəti Kolin Birs tərəfindən çıxarılmış qərardan etiraz etmək hüququna malikdir.
EMİL
19/07/12 Çap et