Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-in birlik və müəssisələri proqnozdan çox gəlir əldə edib


2012-ci ilin birinci yarım ilində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində olan birlik və müəssisələr üzrə 160.5 mln. manat proqnoza qarşı 180.0 mln. manat gəlir əldə edilib. Qeyd edək ki, bu proqnozla müqayisədə 12,2 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə  14,3 faiz çoxdur.

Bundan başqa, RİTN-in tabeliyində olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin 6 ayı  ərzində dövlət büdcəsinə 20,2 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna  isə 7,4 milyon manat vəsait ödənilib.





19/07/12    Çap et