Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron ticarət vasitəsilə əhaliyə 643,8 min manatlıq məhsul satılıb


2012-ci ilin birinci yarısında elektron ticarət vasitəsilə alıcılara 613.2 min manatlıq qeyri-ərzaq malları və 34.6 min manatlıq ərzaq məhsulları satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə əhalinin gəlirlərinin artması ticarət şəbəkəsindən daha çox istehlak mallarının alınmasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır.

Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 8.2 milyard manata, pullu xidmətlərin həcmi isə 8.0 faiz çoxalaraq 2.5 milyard manata çatıb.





20/07/12    Çap et