Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Bineli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən nəqliyyat, dənizçilik və kommunikasiya sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının gedişi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





20/07/12    Çap et