Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” hesabat verib


“Google” internet axtarış sistemi 2012-ci ilin ikinci rübü üzrə fəaliyyəti haqqında məlumat verib. Məlumatlara əsasən, hesabat dövründə şirkətin satış həcmi 35 faiz artıb. “Motorola Mobility” şirkətinin fəaliyyəti sayəsində “Google”-un satış həcmi ötən illə (9.03 milyard dollar) müqayisədə 12,2 milyard dollar təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mobil saytlar, həmçinin “Youtube”-da göstərilən onlayn reklamın satış həcmləri ötən ilki nəticələrlə müqayisədə mühüm dərəcədə artıb.

“ComScore” analitik şirkətinin  məlumatına əsasən, “Google” hazırda ABŞ-da internet-axtarış bazarının təxminən 75 faizinə və Avropada isə 80 faizinə sahibdir. “Google”-un reklam sistemləri tərəfindən xidmət göstərilən banner və elanlar üzrə keçidlərin sayı bir rüb ərzində 42 faiz artıb.

“Google”-un məlumatına əsasən, ikinci rübdə şirkətin mənfəəti 8,36 milyard dollar təşkil edib. Bu göstəriciyə tərəfdaş saytlara komisyon ödəmələri, həmçinin “Motorola Mobility”-nin nəticələri daxil deyil.
“Google”-un baş vitse-prezidenti Nikeş Arora bildirib ki, şirkət ikinci rübdə ABŞ, Kanada və Asiya bazarında mövqeyini gücləndirib.
 
EMİL





20/07/12    Çap et