Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada tədarük olunan fərdi kompyuterlərin sayı artıb
2011-ci ilin ikinci rübündə fərdi kompyuterlərin dünya tədarükü 1-cü rübün nəticələri ilə müqayisədə artıb, lakin bazarda vəziyyət mürəkkəb olaraq qalmağa davam edir. “iDC” analitikləri yeni hesabatlarında bildirir ki, 2-cü rübün nəticələrinə görə, fərdi kompyuterlərin dünya tədarükü 2.6% artaraq 84.4 milyon təşkil edib. Ekspertlər, demək olar ki, yanılmayıblar, onların proqnozuna əsasən, 2,9% artım gözlənilirdi.
ABŞ-da satış göstəricilərinin aşağı olması artım sürətinin azalmasında əsas rol oynayıb. “İDC”-nin məlumatına görə, Birləşmiş Ştatlara fərdi kompyuterlərin tədarükü 2010-cu ilin analoji dövrü ilə müqayisədə 4.2% azalıb və 17,8 milyon təşkil edib. Bununla belə, bu azalmanı Asiya-Sakit okean regionunda (Yaponiyadan başqa) satışların güclü artımı kompensasiya edib. Bu regionda fərdi kompyuter satışları 12% artıb.
Bu seqmentdə lider əvvəlki kimi “Hewlett-Packard” şirkətidir: 2-ci rübdə şirkət 15,2 milyon fərdi kompyuter tədarük edib, bu halda onun bazar payı 18% təşkil edir. “Dell” ikinci yerdədir, onun rüblük nəticələri 2,8% artıb və bazar payı 12,9%-ə çatıb. Üçüncü və dördüncü yerləri “Lenovo” və “Ace” şirkətləri tutur; bu şirkətlərin bazar payları 12,2 % və 10,9% təşkil edib.
14/07/11 Çap et