Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo” Mayerə 5 il ərzində 100 milyon dollardan çox ödəməyə hazırdır
"Yahoo" şirkətinin yeni baş direktoru Marissa Mayer 100 milyon dollardan çox kompensasiya ala bilər. Bunun üçün o, postunda 5 il qalmalıdır.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Mayer artıq hazırda İT sektorun ən varlı menecerlərindən biridir. "Yahoo"-nun dərc etdiyi məlumata əsasən, Mayerin baza maaşı il ərzində 1 milyon dollar təşkil edəcək.
Əgər "Yahoo" qarşıya qoyulmuş məqsədlərə nail olsa, Mayerə əlavə olaraq ödəniləcək bonusun həcmi 400 faizədək arta bilər.Digər üstünlüklərə 20 günlük illik məzuniyyət, həmçinin pulsuz hüquq dəstəyi daxildir.
EMİL
20/07/12 Çap et