Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İndoneziya hakimiyyəti 1 milyondan çox pornosaytı bağlayıb
“The Times of India” nəşri bildirib ki, İndoneziya hökumətinin müsəlmanlar üçün müqəddəs Ramazan ayı ərəfəsində keçirdiyi kütləvi kampaniya nəticəsində 1 milyondan çox pornoqrafik sayt bağlanılıb.
"Biz Ramazan ayında daha çox pornosayt bağlamaq niyyətindəyik" - İndoneziyanın rabitə naziri Tifatul Sembirinq belə deyib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, İndoneziyada Ramazan ayı bu gündən başlanır və avqustun sonuna qədər davam edəcək. “Times of India” nəşri qeyd edib ki, İndoneziya hakimiyyəti ölkədə internetin geniş yayılmasına çalışır. Lakin digər tərəfdən bu ölkədə pornoqrafiyaya qarşı münasibət pisdir.
EMİL
20/07/12 Çap et