Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq


Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) CDMA abunəçilərinin sayı 8500-dən çoxdur. Bu barədə İCTNews-ə açıqlama verən BTRİB-in baş direktoru Beytulla Hüseynov ölkəmizdə CDMA xidmətlərinə tələbatın yüksək olduğunu, birliyin bazasında CDMA nömrələrinin həcminin 13 min nömrə təşkil etdiyini və yaxın vaxtlarda şəbəkənin tutumunun 20 minə çatdırılacağını bildirib. O, həmçinin şəbəkənin tutumu ilə yanaşı, baza stansiyalarının sayının da 20-dən 24-ə çatdırılacağını deyib.
Qeyd edək ki, BTRİB 511 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom”İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.






01/06/11    Çap et