Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” elastik ekranların istehsalına dördüncü rübdə başlayacaq


Koreyanın “DDaily” nəşrinin məlumatına görə, “Samsung” şirkəti elastik “AMOLED” ekran istehsalına cari ilin dördüncü rübündə başlayacaq.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, hələ ki “Samsung”-un elastik ekranları ilə olan birinci ticarət qurğularının bazara nə vaxt çıxarılacağı məlum deyil.
Məlumat üçün bildirək ki, elastik “AMOLED” ekranlar üçün “YOUM” ticarət markası istifadə ediləcək.








 
EMİL





21/07/12    Çap et