Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada elektrik avtobusları enerji ilə antena vasitəsilə doldurulacaq


“Volvo Technology Japan Co.” və “Nippon Dengyo tools” şirkətləri  enerjinin simsiz ötürülməsi texnologiyasını sınaqdan keçiriblər. Bu texnologiya artıq təcrübədə ekoloji cəhətdən təmiz elektrik yük maşınları və avtobuslarına tətbiq edilə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, yaponiyalı mütəxəssislər enerjinin hava ilə ötürülməsi üçün yüksək effektli antena ixtira ediblər. Belə antenaları ictimai nəqliyyat dayanacaqları, avtodayanacaqlar, işıqforlarda yerləşdirmək planlaşdırılır. Beləliklə, avtomobil nəqliyyatında iri  tutumlu akkumulyatorlardan istifadə etməyə ehtiyac olmayacaq.

Yaponiyalı mütəxəssislərin əldə etdikləri nailiyyətin əhəmiyyəti böyükdür. Belə ki, enerjinin simsiz ötürülməsi sistemləri bir neçə metr məsafədə yalnız 10 vatt gücündə enerji ötürə bilirdi. Bu halda enerjinin yarısından çoxu itirdi. Yaponlar ilk dəfə olaraq enerjinin ötürülməsi effektivliyini 40 faizdən 80 faizə qədər artırmağı bacarıblar.


 
EMİL





21/07/12    Çap et