Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru hakerlərin konfransında çıxış edəcək
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru Kit Aleksander 2012-ci il iyulun 26-dan 29-dək Las-Veqasda keçiriləcək “Defcon” haker konfransında çıxış edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Kit Aleksanderin çıxış edəcəyi mövzu haqqında məlumat verilməyib. "Biz ona konfransın yerini göstərəcəyik" – “Defcon” konfransının təşkilatçısı Ceff Moss bildirib. O, Milli Təhlükəsizlik Agentliyinin direktorunun tədbirə dəvət edilməsinə görə hakerlərin narazılıq edəcəklərini gözləyir, lakin Kit Aleksanderin çıxış etməsinə 10 il ərzində nail olduğunu qeyd edib.
Rəsmi şəxslər və ABŞ-ın Təhlükəsizlik xidmətləri nümayəndələrinin “Defcon” haker konfransında iştirakı ilk dəfə deyil, lakin Kit Aleksander konfransda iştirak etmiş ən yüksəkvəzifəli məmur olacaq.
Məlumat üçün bildirək ki, “Defcon” konfransı 1992-ci ildən etibarən hər il keçirilir və açıq tədbirdir. Konfrans çərçivəsində kompyuter təhlükəsizliyi mövzusunda mühazirələr, haker yarışları və “dəyirmi masa”lar aparılır. Konfransın təşkilatçısı Ceff Mossdur.
EMİL
23/07/12 Çap et