Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung Galaxy S III” smartfonlarının satış həcmi 10 milyonu ötüb
“Samsung Electronics” şirkətindən verilən məlumata əsasən, yeni “Galaxy S III” smartfonunun satış həcmi 10 milyonu ötüb. Bunun üçün iki aydan az müddət lazım olub. “Samsung Mobile Communication”-nın prezidenti Şin Yonq Kyun bildirib ki, “Galaxy S III” smartfonu rəsmi olaraq 2012-ci il mayın 29-da Londonda elan edilib və şirkətin ovaxtkı proqnozuna görə, 10 milyon ədəd “S III” smartfonu 3 ay sonra satılacaq. Nəticədə plan vaxtından əvvəl yerinə yetirilib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti hazırda hər gün təxminən 190 min “S III” smartfonu tədarük edir və bu, “Galaxy S II”-nin satış tempini ötür. Onun sözlərinə görə, iki ay ərzində 5 milyon ədəd “S II” smartfonu satılmışdı.
EMİL
23/07/12 Çap et