Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron vergi hesab-fakturalarının tətbiqi kameral yoxlanılmasının keyfiyyətini yüksəltməyə imkan verir
Hazırda Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işlərinin yerinə yetirilməsi təmin olunur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Vergilər Nazirliyi tərəfindən 2006-cı ildə tətbiq edilmiş Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin imkanları əsasında 2008-ci ilin əvvəlindən bəri Azərbaycanda ilk dəfə olaraq əlavə dəyər vergisi üzrə əməliyyatları həyata keçirmək üçün xüsusi hesabdan - ƏDV-nin depozit hesabından istifadə edilməyə başlanılıb.
“ƏDV-nin depozit hesabı” altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb: “ƏDV depozit hesabının və elektron vergi hesab-fakturalarının tətbiqi vergi orqanlarına əvəzləşdirilmiş ƏDV məbləğlərinə proqram təminatı vasitəsilə avtomatik nəzarət etməyə, saxta vergi hesab-fakturalarının tətbiqinin və ƏDV fırıldaqçılığının qarşısının alınmasına, alınmış və satılmış mallar haqqında mərkəzi məlumat bazasının yaradılmasına, ƏDV depozit hesabı üzrə aparılan ödənişlərə nəzarət etməyə və ƏDV bəyannamələrinin kameral yoxlanılmasının keyfiyyətini yüksəltməyə imkan verib”.
HƏQİQƏT
23/07/12 Çap et