Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan intellektual oyunlar üzrə beynəlxalq kubokda təmsil olunacaq
27-29 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində intellektual oyunlar üzrə beynəlxalq Qara dəniz kubokunda Azərbaycan da təmsil olunacaq. Kubokda Azərbaycan komandaları ilə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstan komandaları da iştirak edəcəklər.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Qara dəniz kubokunda ölkəmizi 17 komanda təmsil edəcək.Xatırladaq ki, Qara dəniz kuboku hər il ənənəvi olaraq keçirilən Cənubi Qafqaz Çempionatının əvəzinə keçirilir.
CAHANGİR
23/07/12 Çap et