Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni superkompyuter kosmosun öyrənilməsində yardımçı olacaq


Görkəmli fizik-nəzəriyyəçi Stiven Xokinq Böyük Britaniyanın  Kembric Universitetində “COSMOS@DiRAC” adlı hesablama kompleksini işə salıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, yeni superkompyuter “SGI” şirkəti tərəfindən hazırlanıb. O, 1850 ədədə “İntel Xeon E5” (SandyBridge-EP platforması) prosessor nüvəsindən istifadə edir; yaddaş tutumu 14,5 TB təşkil edir.

“COSMOS@DiRAC” hesablama kompleksi elementar zərrəciklərin tədqiqatı ilə məşğul olan kosmoloq, astronom və tədqiqatçılar tərəfindən istifadə olunacaq. Superkompyuterin  kainatın formalaşması, tarixi və strukturu haqqında yeni məlumatlar əldə etməkdə yardımçı olacağı güman edilir.



 
EMİL





23/07/12    Çap et