Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” Olimpiadanın "rəsmi şərhçi”si rolunu yerinə yetirəcək


“Twitter” auditoriyasını artırmaq üçün əla imkan əldə edib. Belə ki, mikrobloqlar xidməti Yay Olimpiya oyunları ilə bağlı bütün hadisələrin "rəsmi şərhçi"si olacaq. Məlumat üçün bildirək ki, Olimpiada bir neçə gündən sonra Londonda açılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Twitter” Olimpiadaya həsr edilmiş ayrıca səhifə açacaq. Həmin səhifədə idmançı, azarkeş və şərhçilərin ən maraqlı tvitləri toplanılacaq. İnformasiya daim yenilənəcək.








 
EMİL





23/07/12    Çap et