Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüzlərlə avstraliyalını SMS vasitəsilə ölümlə hədələyiblər


Bu gün Avstraliya polisi rəsmi müraciətlə çıxış edib və vətəndaşları SMS təhdidlər aldıqdan sonra təlaşa düşməməyə çağırıb. Yüzlərlə avstraliyalı artıq fırıldaqçılar üçün hədəfə çevrilib. Onlara göndərilən “SMS” spamda deyilir ki, ünvanı "sifariş ediblər" və qatildən 5 min dollar ödəməklə canınızı qurtara bilərsiniz.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, "qurban"ın cinayətkarla SMS-də göstərilmiş elektron ünvan vasitəsilə əlaqə saxlamaq və lazımi məbləği toplamaq üçün 48 saatı olduğu qeyd olunub.

Polis daxil olmuş mesajlara cavab verməməyə, pul ödəməməyə çağırıb. Bunların əvəzinə dərhal polislə əlaqə saxlamaq lazımdır.



 
EMİL





23/07/12    Çap et