Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalına yeni xidmətlər inteqrasiya olunub
Azərbaycan Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Müəllif Hüquqları Agentliyi “Elektron hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub. “ICTnews” elektron xəbər xidmətinin “ehdis.az” saytına istinadən verdiyi məlumata görə, GİN tərəfindən təqdim olunan 3, ETSN-in göstərdiyi 1 və MHA-ya məxsus 1 elektron xidmət portala inteqrasiya edilib.
GİN tərəfindən göstərilən xidmətlərə fəxri adların verilməsi üçün təqdimat, gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dair şərtlər, gənclərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı anket forması və qeydiyyat forması daxildir.
Ekologiya və təbii sərvətlər sahəsinə dair e-xidmət ETSN-in səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına razılığın verilməsini əhatə edir.
“Elektron hökumət” portalına inteqrasiya edilən növbəti e-xidmət isə MHA-nın təqdim etdiyi müəllif hüquqlarının e-qeydiyyatından ibarətdir. Bu xidmət sayəsində müəllif hüquqlarının qeydiyyatının elektron qaydada həyata keçirilməsi təmin olunur.
CAHANGİR
23/07/12 Çap et