Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət xətti ilə çəkilən kinofilmlər ilk olaraq yerli telekanallarında yayımlanmalıdır
Hər il dövlət büdcəsindən cizgi filmlərinin, eləcə də bədii filmlərin çəkilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə maliyyə vəsaiti ayrılır. Sevindirici haldır ki, son illər bu filmlərin əksəriyyəti beynəlxalq müsabiqələrdə müxtəlif nominasiyalarda qalib olur.
Amma təəssüf doğuran məqam ondan ibarətdir ki, bu ekran əsərləri Azərbaycan telekanallarında yayımlanmır və vətəndaşlarımız bu filmlərə baxa bilmirlər.
Bu fikirləri jurnalistlərə müsahibəsində Milli Televiziya və Radio Şurasını sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, dövlət vəsaiti ilə çəkilmiş həm cizgi filmləri, həm də bədii filmlər çox aşağı rüsumlarla yerli televiziyalara verilməli və ilk olaraq öz vətəndaşlarımıza təqdim olunmalıdır.
23/07/12 Çap et