Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemində proqram təminatını test ediləcək
Paytaxtda Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sisteminin əhatə dairəsində sahə avadanlığının və intellektual idarəetmə mərkəzində informasiya texnologiyaları avadanlığının quraşdırılması yekunlaşmışdır.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyindənverilən məlumata görə, hazırda mərkəzdə proqram təminatının yüklənməsi üzrə müvafiq tədbirlər görülür və yaxın günlərdə sınaq işlərinə başlanılacaqdır.
Sistemin yaxın aylarda istismara verilməsi nəzərdə tutulur.
14/07/11 Çap et