Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn oyun istifadəçiləri haqqında məlumat şəbəkədə dərc edilib


Almaniyanın “Gamingo” oyun xidməti istifadəçilərinin təxminən 11 milyon şifrəsi şəbəkədə açıq girişdə dərc edilib. Məlumat üçün bildirək ki, hakerlər 4 ay əvvəl “Gamingo” xidmətinin təhlükəsizlik  sistemlərini “qırmışdılar” və xidmətin bazasına daxil olmuşdular.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, birtərəfli kriptoqrafiya alqoritmi vasitəsilə  şifrələnmiş parolların siyahısı “Inside Pro” saytında yerləşdirilib. Siyahıda təxminən 8,2 milyon unikal email ünvan, həmçinin ABŞ-dan 3 milyon, Almaniyadan 2,4 milyon və Fransadan 1,3 milyon hesab yer alıb.

“Gamingo” xidməti hələ 2011-ci ilin martında onun verilənlər bazasına hücum haqqında xəbərdarlıq edərək bildirmişdi ki, hakerlər şifrə, loqin və istifadəçilərin digər şəxsi məlumatlarını ələ keçiriblər. O zaman sayt istifadəçilərin bütün hesablarını dəyişdirmişdi.

Təhlükəsizlik üzrə müstəqil ekspertlər bildiriblər ki, “Gamingo”  xidməti artıq şifrələri dəyişdirdiyindən siyahının dərc edilməsinin birbaşa zərəri yoxdur, lakin problem ondadır ki, istifadəçilərin əksəriyyəti müxtəlif xidmətlər üçün eyni şifrələrdən istifadə edir.
 
EMİL





24/07/12    Çap et