Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərinin etibarını itirir?!


“Facebook” sosial şəbəkəsi getdikcə istifadəçilərinin etibarını itirir. Belə ki, bu layihədə qeydiyyatdan keçmiş insanların az bir hissəsi şəxsi məlumatlarını öz səhifəsində yerləşdirməyə hazırdır. Bu yaxınlarda keçirilmiş tədqiqat, həmçinin ötən həftənin sonunda dərc edilmiş istifadəçilərin məmnunluq reytinqi buna sübutdur.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, nüfuzlu “Washington Post” nəşri hələ ki dünyanın ən böyük sosial şəbəkəsinin auditoriyasını təhlil edib və nəticə arzuolunmazdır: təxminən 900 milyon istifadəçinin yalnız üçdə biri şəxsi məlumatlarını bölüşməyə hazırdır.

“Harris Interactive” tədqiqat şirkəti ilə birgə keçirilmiş sorğu 2262 “Facebook” istifadəçisinin fikrini toplayıb və  onların əsasında yuxarıdakı nəticə əldə olunub. Respondentlərin üçdə ikisi bildirib ki, “Facebook”un hesab sahiblərinin şəxsi informasiyasına yanaşma tərzindən çox narazıdırlar; onlar tez-tez reklam platformasında istifadə olunurlar, yəni bütün elan verənlər həmin informasiyaya çıxış imkanına malikdirlər.
Vəziyyəti daha doğru qiymətləndirmək üçün “Facebook”u digər  internet-şirkətlərlə müqayisə edək. Məsələn, “Amazon” şirkəti respondentlərin 66 faizinin etibarını qazanıb. Zukerberqin şirkəti,  hətta “Google”-a (41 faiz) uduzur.

“Facebook” sosial şəbəkəsinin reytinqi fəal şəkildə azalır və 2012-ci ildə istifadəçilərin məmnunluq indeksinə əsasən qeyd etmək olar ki, bu şəbəkə “Google+” ilə müqayisədə internet "sakin”lərini daha az razı salır.
 
EMİL





24/07/12    Çap et