Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni zibil səbəti yaradılıb


Modder FRP kimi tanınan yaponiyalı ixtiraçı zibil səbətini təkmilləşdirib. O, zibil səbətinə təkər əlavə edib, onu “Kinect” datçiki ilə təchiz edib və səbətə atılan zibili “tuta” bilməsi üçün xüsusi proqram təminatı yazıb.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, datçik istifadəçinin hərəkətlərini izləyir, onun zibili atdığı anı qeyd edir və zibilin uçuş trayektoriyasını hesablayır, səbət isə zibilin enmə nöqtəsinə vaxtında "yaxınlaşmaq" əmri alır. İxtiraçı texnologiyanın hələ ki çox dəqiq olmadığını bildirib, lakin onun təkmilləşdirməsi üzərində işlədiyini əlavə edib.

Modder FRP etiraf edib ki, o, hərəkət edən zibil səbəti ideyasını "Gələcəyə qayıdış" fantastik filmindən götürüb; orada belə qurğular göstərilmişdi.
 





EMİL





24/07/12    Çap et