Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” avqustda yeni "planşetofon" təqdim edəcək


Koreyanın “Samsung” şirkəti məşhur “Galaxy Note” "planşetofon"un varisini təqdim etməyə hazırlaşır. “BGR” texnologiya bloqunun məlumatına görə, avqustun 15-də keçiriləcək tədbirdə məhz bu qurğu təqdim ediləcək. Qurğu 4 nüvəli prosessor və böyük diaqonallı ekrana malik olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, birinci “Galaxy Note”-da ekranın diaqonalı 5,3 düym təşkil edirdisə, mənbələrin məlumatına görə, onun varisində ekranın diaqonalı 5,5 düymə bərabər olacaq. Prosessor kimi “Exynos” dördnüvəli çipinin son modelinin istifadə ediləcəyi güman edilir. Həmçinin qurğunun ölçüləri də dəyişəcək; o, daha nazik olacaq.
 




EMİL





24/07/12    Çap et