Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranın nüvə obyektlərinə yeni təhlükəli virus hücum edib


İranın Atom Enerjisi Təşkilatında (Iran Organization of Atomic Energy) işləyən alim bildirib ki, İranın nüvə infrastrukturu bu yaxınlarda növbəti güclü kiberhücuma məruz qalıb. Bu barədə anonim saxlanılmasını istəyən alim elektron məktubla “F-Secure” şirkətinin top-meneceri Mikko Hipponenə məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, kiberhücum üzrə nüfuzlu mütəxəssis Hipponen aldığı məktubun mətnini açıq girişdə dərc edərək qeyd edib ki, o, bu məlumatların doğruluğunu təsdiqləyə bilməz. Məktub həqiqətən İran idarəsinə məxsus ünvandan göndərilib.

"Mən yazaraq sizə bildirirəm ki, bizim nüvə proqramımız növbəti dəfə kiberhücuma məruz qalıb. Bu dəfə şəbəkəyə hücum etmiş yeni “soxulcan” bizim avtomatlaşdırılmış şəbəkəmizin işini bloklayıb.

Bizim təhlükəsizlik üzrə mütəxəssislərimizin məlumatına görə, hücum üçün “Metasploit” haker aləti istifadə edilib. Hakerlər bizim “VPN” (Virtual Private Network – özəl virtual şəbəkə) şəbəkəmizə çıxış imkanı əldə ediblər. Avtomatlaşdırılmış şəbəkə və obyektlərdəki “Simens”-in istehsalı olan avadanlığa hücum edilib və o, işini dayandırıb” - iranlı mütəxəssisin məktubunda belə yazılıb.

Analitiklər qeyd edirlər ki, bu günə olan informasiyaya görə, İranın nüvə infrastrukturu daha bir hazırlanmış və idarə olunan hücuma məruz qalıb. Lakin yeni hücum haqqında rəsmi mənbələrdən hələ ki məlumat verilməyib.
 
EMİL





24/07/12    Çap et