Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Olimpiadada ziyarətçilərin mobil telefonları oğurlanacaq


Olimpiya oyunları zamanı londonlular və şəhərin qonaqları 67 min telefon itirəcəklər. Bu barədə informasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan "Venafi" şirkətinin ekspertləri bildiriblər.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, aparatların bir hissəsi oğurlanacaq, digər hissəsi isə itiriləcək. Adi halda Londonda iki həftə ərzində 50 min mobil qurğu itir, lakin Olimpiada oyunları ilə bağlı itkilərin sayı artacaq.

Məlumat üçün bildirək ki, 30-cu Yay Olimpiya oyunları 2012-ci il iyulun 27-dən avqustun 12-si tarixlərində Londonda keçiriləcək.



 
EMİL





24/07/12    Çap et