Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti maye kristal televizor bazarında liderliyini qoruyub saxlayıb
“IHS isuppli” analitiklərinin məlumatına əsasən, “Samsung Electronics” şirkəti 2012-ci ilin birinci rübündə maye kristal televizor bazarında liderliyini qoruyub saxlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Cənubi Koreya istehsalçısı 2012-ci ilin birinci rübündə dünya bazarına 8.2 milyon “LCD” televizor tədarük edib. Bu göstərici ötən rüblə müqayisədə 37 faiz azdır, lakin 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur.
İkinci yerdə bazara 5.8 milyon qurğu tədarük etmiş “LG” şirkəti qərarlaşıb. Üçüncü yerdə 3.6 milyon maye kristal televizor istehsal etmiş və 8 faiz bazar payına malik Yaponiyanın “Sony” şirkəti yerləşib. Beşliyə, həmçinin “Toshiba” (6 faiz) və “Sharp” (5 faiz) korporasiyaları daxildir. Liderlər - “Samsung” və “LG” şirkətləri "maye kristal" texnologiyası bazasında hazırlanan televizor bazarının 32 faizinə nəzarət edirlər.
EMİL
24/07/12 Çap et