Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzDataKom” şəbəkəsinin əhatə dairəsi genişlənir
Azərbaycanda fəaliyyət göstərən “AzDataKom” şəbəkəsinin abunəçilərinin sayı 2 min 463 nəfərə çatıb. Bunlardan 1256 əhali, 1207-si isə təşkilat abunəçiləridirlər.
Hazırda “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması istiqamətində tədbirlər davam etdirilir.
“AzDataKom” Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri “Milli E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində qurulub. Şəbəkə Azərbaycanın informasiya cəmiyyəti və elektron idarəetməyə inteqrasiyasına təməl rolunu oynayan infrastrukturun aparıcı hissələrindən biridir.
25/07/12 Çap et