Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının 3D modeli hazırlanıb


Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşma layihəsinin rəqəmsal informasiya bazasını (GİZ) və 3D modelinin hazırlanması üzrə işləri başa çatdırıb. Bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumatda deyilir.

"Bakıdövlətlayihə" institutu ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında bağlanmış müvafiq müqavilə əsasında layihənin smeta dəyəri 395 min manatdır.





25/07/12    Çap et