Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Regional” televiziyasının yayımı üçün lisenziya müddəti uzadılıb


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclasında "Regional" televiziyasının (RTV) (Xaçmaz) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə MTRŞ-dən məlumat verilib.

Şuradan qeyd edilib ki, Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345 - IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Regional” televiziyasının (RTV) (Xaçmaz) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə qərar qəbul edib.
 





HƏQİQƏT





25/07/12    Çap et