Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” lobbiçilik fəaliyyətinə 1 milyon dollar xərcləyib


“Facebook” sosial şəbəkəsi 2012-ci ilin ikinci rübündə lobbiçilik fəaliyyətinə 960 min dollar xərcləyib. Bu barədə Amerika senatının sənədlərində qeyd olunub. Məlumat üçün bildirək ki, “Facebook” ötən ilin ikinci rübündə lobbiçilik fəaliyyətinə 320 min dollar xərcləyib, 2012-ci ilin birinci rübündə isə bu göstərici 650 min dollar təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən  bildirir ki, şirkət fərdi məlumatların mühafizəsi, kibertəhlükəsizlik, vergi, reklam və müəllif hüquqlarının müdafiəsi kimi sahələrdə öz maraqlarını irəli çəkib. “Facebook” ümumilikdə 2012-ci ilin ilk altı ayı ərzində lobbiçilik fəaliyyətinə 1.6 milyon dollar xərcləyib, halbuki ötən il bu məbləğ 1.35 milyon dollar təşkil edib.

“Apple” şirkəti lobbiçilik fəaliyyətinə yalnız 470 min dollar xərcləyib. O, öz maraqlarını elektron kitab sahəsində irəli çəkib. “Google” korporasiyası, öz növbəsində aprel-iyun ayları ərzində lobbiçilik fəaliyyətinə təxminən 4 milyon  dollar xərcləyib. Pullar əqli mülkiyyətin qorunması, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik, uşaqların onlayn-məzmundan müdafiəsi sahələrində maraqların irəli çəkilməsi üçün xərclənib.


 
EMİL





25/07/12    Çap et