Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası Afrikada tibbin inkişafına kömək edəcək


“İntel” korporasiyası və inkişaf etməkdə olan ölkələrdə tibb problemləri ilə məşğul olan “Futuresgroup” təşkilatı Afrika qitəsində səhiyyənin vəziyyətinin yaxşılaşması üçün səylərini birləşdirəcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/” saytına istinadən bildirir ki, 2012-ci il avqustun 2-də Nigeriyada keçiriləcək “Transforming eHEALTH with eLEARNING” adlı seminarda Keniya, Nigeriya, Tanzaniya və digər Afrika ölkələrində  elektron tibb layihələrinin tətbiqi problemləri araşdırılacaq. Tibdə  innovativ təhsil layihələrinin tətbiqi problemlərini hökumət nümayəndələri, sahibkarlar, beynəlxalq xeyriyyə təşkilatları müzakirə edəcəklər.

Məlum olduğu kimi, Afrikanın tibb sahəsi hələ ki ixtisaslı həkim çatışmazlığından əziyyət çəkir. Elektron təhsil bu problemin həllinə kömək edə bilər.

Plana görə, bu kampaniya çərçivəsində Asiya, Afrika, Latın Amerikası və Şərqi Avropa ölkələrindən 1 milyondan çox tibb işçisi  “Intel Skoool Healthcare Education” təhsil platforması sayəsində ixtisaslarını artıra biləcəklər. Hazırda bu layihə Şri-Lankada sınaqdan keçirilir.
 
EMİL





25/07/12    Çap et