Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bank mobil ofis xidməti göstərir


“Kreditlər qapınıza gəlir” şüarı altında Bakıda “Unibank”ın ilk kredit yarmarkası keçirilib.Bankdan verilən məlumata görə, aksiya çərçivəsində vətəndaşlardan və iş adamlarından nağd kreditlər, kredit kartları, mikro və avtokreditlərin cəlb olunması üzrə müraciətlər qəbul olunub.

“Unibank”ın mobil ofisinə 116 müştəri müraciət etmiş və bir gün ərzində onlardan bir neçəsi faydalı kredit şərtlər hesabına öz sifarişlərinə müsbət cavab ala biliblər.





26/07/12    Çap et