Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İngiltərədə olan “Azercell” abunəçiləri xüsusi endirimlə danışacaq


"Azercell" 27 iyul – 12 avqust tarixlərində Londonda keçiriləcək Olimpiya və 29 avqust – 9 sentyabr tarixlərində keçiriləcək Parolimpiya oyunları münasibətilə rouminq qiymətlərində xüsusi endirim elan edir. Belə ki, 25 iyul -15 sentyabr 2012-ci il tarixləri arasında  İngiltərədə olan "Azercell" abunəçiləri "Vodafone UK" mobil operatorunun şəbəkəsinə qoşulub güzəştli tariflərdən yararlana bilərlər.

"Azercell" Fakturalı xətt abunəçiləri rouminqdə olarkən bütün istiqamətlərə 1 dəqiqəsi cəmi 1 AZN tarifi ilə danışacaqlar. Bu zaman bütün istiqamətlərdə SMS-lər 10 qəpik,  istifadə olunan hər 1MB internet isə 1 AZN tarifi ilə hesablanacaq.

Güzəştlər Fakturasız xətt abunəçilərini də əhatə edir. "Sim-Sim" abunəçiləri bütün istiqamətlərdəki zənglərin dəqiqəsinə görə 1 AZN, daxil olan zənglər üçün 50 qəpik ödəyəcəklər. 1 SMS-in qiyməti 10 qəpikdir.

Bu kampaniya London Olimpiadasına qatılan "Azercell" abunəçilərinin hər kəslə daha rahat və sərfəli mobil rabitə qurmasına imkan verəcək.
 
Fakturalı xətt:
Xidmətin növü Ölçü vahidi Xidmət haqqı
AZN (ƏDV daxil)
Bütün istiqamətlərə zəng Hər bir dəqiqə 1,00
Bütün istiqamətlərə SMS Bir ədəd 0,10
GPRS Hər bir MB 1,00
 
 
Fakturasız xətt:

Xidmətin növü Ölçü vahidi Xidmət haqqı AZN (ƏDV daxil)
Bütün istiqamətlərə zəng Hər bir dəqiqə 1,00
Daxil olan zənq Hər bir dəqiqə 0,50
Bütün istiqamətlərə SMS Bir ədəd 0,10
 






26/07/12    Çap et