Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da məişət elektronikası bazarının həcmi 200 milyard dolları ötəcək


ABŞ-ın Məişət Elektronikası Assosiasiyası (CEA) ABŞ bazarı üzrə proqnozuna düzəliş edib.2012-ci ildə istehlak elektronikasının satışlarından əldə olunan gəlirin ilk dəfə olaraq 200 milyard dolları ötərək 206 milyard dollar təşkil edəcəyi gözlənilir. Belə olan halda 2011-ci illə müqayisədə artım 5 faiz təşkil edəcək.

ABŞ-da cari ildə planşet tədarüklərindən əldə olunan gəlir 83 faiz artaraq 29,1 milyard dollar təşkil edə bilər. Smartfon satışlarından əldə olunan gəlir isə 33,7 milyard dollar təşkil edəcək.

Portativ kompyuter satışlarından əldə olunan gəlirin 14,9 milyard dollar təşkil edəcəyi gözlənilir.
“CEA”, həmçinin “3D” panellərə yaxşı tələbat olacağını qeyd edib.




 
EMİL





26/07/12    Çap et