Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni sistem insanları yerişindən müəyyən edəcək
Amerikanın Karneqi-Mellon Universitetinin əməkdaşları insanların eyniləşdirilməsi üçün daha bir texnologiya hazırlayıblar. “BioSole” adlı yeni skaner insanları ayaq izlərinə görə müəyyən edir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, konstruktorlar belə eyniləşdirmə metodunun çox sadə və rahat olduğunu əmin ediblər. “BioSole” skanerinin necə işləməsi dəqiqləşdirilmir, lakin onun insanları cəmisi 3 addımdan 99 faiz dəqiqliklə düzgün eyniləşdirdiyi məlumdur.
Bundan əlavə, yalnız pəncənin forması təhlil edilmir, belə ki, əgər skanerden yad çəkmədə olan insan keçərsə, təhlükə siqnalı işə düşəcək.
“BioSole” skanerinin yaradıcıları onun təcrübədə tətbiqi üçün xeyli imkanlar olduğunu düşünürlər. Onu ofis, mağaza, avtodayanacaq və s. yerlərdə quraşdırmaq olar. Bununla belə, qurğu hələ ki yalnız prototip şəklində mövcuddur, hələ ki heç bir şirkət onun ticarət versiyasının istehsalı ilə maraqlanmayıb.
EMİL
26/07/12 Çap et