Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzi Elmi Kitabxana 40 000 elektron jurnalı özündə birləşdirən məlumat bazasından istifadə edir
Hazırda AMEA Mərkəzi Elmi Kitabxanası 40 000 elektron jurnalı özündə birləşdirən EBSCO məlumat bazasından istifadə edir. Kitabxananın bütün üzvləri bu xidmətdən bəhrələnə bilər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Elmi Kitabxanadan (MEK) məlumat verilib.
EBSCO-ya gəlincə, MEK-dən bildirilib ki, Mərkəzi Elmi Kitabxana bir müddət öncə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvlərindən birinə çevrilib: “Hazırda Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu dünya mədəniyyətinin inkişafında bilavasitə rol oynayan “eİFL.
Net” Beynəlxalq Kitabxana Konsorsiumunun tamhüquqlu üzvüdür. Mərkəzi Elmi Kitabxana və respublikamızın bir neçə kitabxanası məhz bu təşkilatın kanalları vasitəsilə dünyada çox məşhur olan EBSCO məlumat bazasına çıxış əldə edib”.
Ümumilikdə EBSCO məlumat bazası 20-dən artıq mövzunu özündə birləşdirib. Buraya “Dil və dilçilik”, “Ədəbiyyat və ədəbi tənqid”, “Fəlsəfə”, “Fizika”, “Astronomiya, astrofizika”, “İqtisadiyyat, biznes, menecment”, “Kimya”, “Tarix, arxeologiya”, “Hüquq, kriminalogiya”, “Psixologiya, psixiatriya”, “Coğrafiya”, “Geologiya”, “Riyaziyyat”, “Biologiya və biologiya elmləri”, “Tibb”, “Kompyuter və proqramlaşdırma texnologiyaları”, “Kənd təsərrüfatı”, “Ətraf mühit”, “Sosiologiya, sosial elmlər”, “Təhsil”, “Politologiya, siyasi elmlər” və s. mövzular daxildir.
HƏQİQƏT
26/07/12 Çap et