Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londonun mərkəzində pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib


London şəhərinin bir neçə mərkəzi rayonunda pulsuz “Wi-Fi” xidməti işə salınıb və Olimpiya oyunlarının sonuna kimi hamı üçün əlçatan olacaq. Bu barədə “O2” mobil şirkəti bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, çərşənbə günündən başlayaraq, turistlər və Londonun sakinləri şəhərin ən yüklənmiş hissələrində internetə pulsuz çıxış imkanı əldə edə biləcəklər.

Yaxın günlərdə layihəyə şəhərin bir çox digər hissələri qoşulacaq.Pulsuz “Wi-Fi” xidməti “O2” mobil şirkəti və Londonun Vestminster, Kensinqton və Çelsi rayonlarının administrasiyaları  arasında bağlanmış saziş nəticəsində mümkün olub. Nə istifadəçilər, nə də şəhər hakimiyyəti bu xidmət üçün pul ödəməyəcək.

Vestminster rayonunun şəhər sovetinin rəhbəri Filip Rou bildirib ki, pulsuz “Wi-Fi" xidməti “Londonun dünyanın ən texnoloji paytaxtlarından birinə çevrilməsi üzrə” böyük layihənin bir hissəsi olacaq.
 
EMİL





26/07/12    Çap et