Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ARM” şirkətinin mənfəəti 15 faiz artıb
Britaniyanın “ARM Holdings” korporasiyası, mobil və portativ qurğularda istifadə üçün nəzərdə tutulmuş ən böyük “ARM” prosessor istehsalçısı 2012-ci ilin ikinci rübü üzrə hesabat verib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “ARM” şirkətinin mənfəəti hesabat dövründə 15 faiz artaraq 135,5 milyon funt-sterlinq təşkil edib. Əməliyyat mənfəətinin marjası 37,8 faiz təşkil edib.
2012-ci ilin ikinci rübündə “ARM” arxitekturalı prosessorların tədarük həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb və 2 milyarda çatıb.
EMİL
26/07/12 Çap et