Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə qlobal İT bazarın həcmi açıqlandı


"Gartner" şirkəti yaxın illər ərzində  informasiya texnologiyalarının istehlak bazarı üzrə proqnoz verib.
Şirkət mobil aparat, kompyuter, əyləncə qurğuları,  şəbəkə xidmətləri, proqram təminatı və multimedia məzmununa çəkilən xərcləri nəzərə alıb.

Hesablamalara görə, 2012-ci ildə qlobal İT bazarının həcmi 2.1 trilyon dollar təşkil edə bilər. Bu göstərici 2011-ci illə müqayisədə 114 milyard dollar artıb. Gələcəkdə artım sürəti orta hesabla il ərzində 130 milyard dollar olacaq.

Nəticədə, 2016-cı ilin sonunadək qlobal İT bazarının həcmi 2,7 trilyon dollar təşkil edəcək.
2012-ci ildə istehlak İT bazarında ümumi xərclərin təxminən 37 faizi  və ya 0,8 trilyon dolları mobil xidmətlərin payına düşəcək. 2016-da bu seqmentdə xərclər 1,0 trilyon dollara bərabər olacaq.

Proqnozlara görə, 2012-ci ildə mobil aparat satışlarından əldə olunan gəlir 222 milyard dollar və 2016-cı ildə isə təxminən 300 milyard dollar təşkil edəcək. Kabel, peyk və internet-televiziya xidmətləri, həmçinin onlayn oyunlardan əldə olunan gəlir 2012-ci ildə 210 milyard və 2016-cı ildə isə 290 milyard dollara bərabər olacaq.
 
EMİL





26/07/12    Çap et